İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Milan təmsilçisinin yarımmüdafiəçisi Nikolo Barella sıradan çıxıb.
İtalyan futbolçu A Seriyasının 5-ci turunun "Milan"la matçında zədələnib. Ayaq əzələsi dartılan 27 yaşlı orta xətt oyunçusu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Nikolo Barella bu mövsüm "İnter"in heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi