Azərbaycan milli komandasının heyətində zədələnən “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov ilin qalan hissəsini buraxmaq riski ilə üzləşib.
Sportal.az xəbər verir ki, millinin yarımmüdafiəçisinin sağalaraq düşərgəyə qayıtması yubanır.
Mahmudovun Misli Premyer Liqasının 16-cı turunun “Sumqayıt”la oyunda mütləq oynamayacağı dəqiqləşib.
Onun Misli Premyer Liqasının 17-ci və 18-ci turlardakı oyunlara hazır olub-olmayacağı isə hələ məlum deyil.
saytlarin hazirlanmasi