İtaliyanın "İnter" klubunda noyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına Hakan Çalhanoğlu layiq görülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı türk yarımmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda hər kəsi qabaqlayıb.
Qeyd edək ki, Hakan Çalhanoğlu noyabr ayında "İnter"in heyətində meydana çıxdığı 5 oyunda 2 qol vurub.
saytlarin hazirlanmasi