Yığmamız Bolqarıstanla qarşılaşacaq

12:34 - 6 Dekabr 2024

Bu gün 17 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. B Liqasının 2-ci qrupunda yer alan U-17 Bolqarıstan, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunlarının 2025-ci ilin martında keçirilməsi planlaşdırılır.

Xəbər xətti