"Arsenal" transfer çalışmalarını davam etdirir.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "topçular" "Vulverhempton"un forvardı Mateus Kunyanı heyətinə qatmağı planlaşdırır.
London təmsilçisi artıq 25 yaşlı futbolçu üçün "Vulverhempton"la danışıqlara başlayıb.
Kunya bu mövsüm öz komandasında 15 matçda 7 qol vurub, 3 asist edib.
Onun klubla hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi