“Neftçi” Misli Premyer Liqasının 17-ci turunda qarşılaşacağı “Kəpəz” klubu ilə oyunun hazırlığını başa vurub.
Sportal.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesində zədəlilər – Emin Mahmudov, Robert Bauer, Rafael Quzzo, Rəhman Hacıyev və Dembo Darbo iştirak etməyiblər.
Bu futbolçular “Kəpəz”lə matçı buraxacaqlar. Əvəzində, zədədən sonrakı bərpa prosesini geridə qoyan Azər Salahlı komanda ilə birlikdə məşq edib.
Qeyd edək ki, dekabrın 15-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” matçı saat 18:30-da başlanacaq.
saytlarin hazirlanmasi