Ukrayna mətbuatı DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimindən sonra ölkəsinin milli komandasının D qrupunda Azərbaycan, İslandiya və Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa - Xorvatiya cütünün qalibi ilə qarşılaşmasını şərh edib.
Sportal.az xəbər verir ki, “спорт.ua” portalı ukraynalı həmkarlarımız millimizlə bağlı bunları yazıb:
"Azərbaycan millisi həm statusuna, həm də nailiyyətlərinə görə qrupumuzun autsayderidir. İndiyədək bu komanda nə dünya çempionatında, nə də Avropa çempionatında iştirak edib. Bununla belə, Azərbaycan futbolu ambisiyasızlıqdan əziyyət çəkmir.Qafqaz komandasını görkəmli portuqaliyalı mütəxəssis Fernandu Santuş başçılıq edir. O, bu ilin yayından Azərbaycan millisinin sükanı arxasına keçib. Yerli futbol federasiyası daha çox portuqalların təcrübəsinə və nüfuzuna güvənirdi, lakin onun rəhbərliyi altında Azərbaycan Millətlər Liqasında uğursuzluğa düçar oldu: komanda yeni baş məşqçinin rəhbərliyi altında 5 oyunda uduzdu və qrupda sonuncu yeri tutdu ki, bu da aşağı liqaya düşmək deməkdir. Estoniya millisinə 1:3 hesabı ilə uduzduqdan sonra Santuş hər şeyin o qədər də pis olmadığını və "hər şeyi bir neçə həftəyə düzəltmək mümkün olmadığını" söylədi.Millətlər Liqasındakı uğursuzluğa baxmayaraq, Santuş Azərbaycan millisinin baş məşqçi postunda qalıb".
Xatırladaq ki, Azərbaycan və Ukrayna komandalarının oyunları gələn il sentyabrın 9-da və oktyabrın 13-də keçiriləcək.
saytlarin hazirlanmasi