Rahil Məmmədov oynadı, komandası heç-heçə etdi

20:59 - 8 Fevral 2025

Futbol üzrə Polşa Ekstraklasasında 20-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" doğma meydanda "Şlyonsk"u qəbul edib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Rahil də bu qarşılaşmanın iştirakçısı olub. 29 yaşlı mərkəz müdafiəçisi oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

20 turdan sonra aktivində 21 xal olan "Radomyak" 18 komanda arasında turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər xətti