"Bayer" səfərdə xal itirdi - VİDEO

21:23 - 8 Fevral 2025

Almaniya Bundesliqasında 21-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün son çempion "Bayer" səfərdə "Volfsburq"un qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

21 turdan sonra 46 xal toplayan "Bayer" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 30 xalı olan "Volfsburq" isə 8-ci yerdədir.

"Volfsburq" - "Bayer" 0:0

Xəbər xətti