"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirmək üzrədir.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" Rusiyanın "Baltika" klubunda çıxış edən Aleks Fernandeşin keçidini həll edib. Braziliyalı vinger artıq Bakıdadır.
"Neftçi" Fernandeşi mövsümün sonuna kimi icarəyə götürəcək. Bakı klubu istəsə, icarə müddətini daha 6 ay uzada bilər. Klublar arasındakı anlaşmada satınalma bəndi yer almayacaq.
22 yaşlı ön xətt oyunçusu tibbi müayinədən keçdikdən sonra rəsmi sözləşməyə qol çəkəcək. Oyunçunun maaşını "Neftçi" ödəyəcək.
Qeyd edək ki, "Baltika" Aleks Fernandeşi ötən ilin fevral ayında "Çerno More"dən transfer edib. "Sambaçı" bu mövsüm I Divizion təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 800 min avro göstərilib.
saytlarin hazirlanmasi