"Barselona" La Liqa matçına ciddi itkilərlə çıxacaq

16:55 - 26 Mart 2025

"Barselona" İspaniya La Liqasının 27-ci turunun təxirə salınmış oyununda "Osasuna" ilə üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Bu barədə komandanın baş məşqçisi Hansi Flik məlumat verib.

"Barselona"nın müdafiəçisi Ronald Arauxo və vingeri Rafinya komandaya kömək edə bilməyəcək. Flik Uruqvay və Braziliya milli komandalarının düşərgəsindən qayıdan oyunçulara istirahət verəcək.

Qeyd edək ki, "Barselona" - "Osasuna" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər xətti