İspaniya La Liqasının ən yüksək maaş alan futbolçuları açıqlanıb.
Sportal.az xəbər verir ki, "L’Equipe" qəzeti İspaniya çempionatında ən yüksək maaş alan futbolçuların siyahısını dərc edib.
Reytinqin birinci pilləsində "Real Madrid"in hücumçusu Kilian Mbappe qərarlaşıb. O, ayda 2,67 milyon avro qazanır.
La Liqada Ən Yüksək Maaş Alan 6 Futbolçu:
(Maaşlar vergidən əvvəl hesablanıb)
1. Kilian Mbappe (Real Madrid) – 2,67 milyon avro
2. Vinisus Junior (Real Madrid) – 2,5 milyon avro
3. Robert Levandovski (Barcelona) – 2,17 milyon avro
4. David Alaba (Real Madrid) – 1,88 milyon avro
5-6. Cud Bellinqem (Real Madrid) – 1,67 milyon avro
5-6. Yan Oblak (Atletiko Madrid) – 1,67 milyon avro
saytlarin hazirlanmasi