"Mançester Siti" azarkeşlərinin etirazları nəticə verib

23:11 - 9 Aprel 2025

"Mançester Siti" azarkeşləri klubun bilet satışı siyasətindən narazı olduqlarını bildirərək bu siyasətin dəyişdirilməsinə yönəlmiş aksiyalar keçiriblər.

Sportal.az xəbər verir ki, bu gün "şəhərlilər" rəsmi olaraq açıqladılar ki, gələn mövsüm ərzində Premyer Liqanın ayrı-ayrı oyunları və abunəlik biletlərinin qiymətləri dondurulacaq. Bu qərar klub nümayəndələrinin azarkeşlərlə görüşündən sonra verilib və “son həftələrdəki müsbət və konstruktiv dialoqu əks etdirir.

Pep Qvardiola fanatların bilet siyasətinə qarşı çıxışı barədə bunları deyib:
“Mən onlara simpatiya ilə yanaşıram. Onlar istədiklərini ifadə etmək hüququna malikdirlər. Klub bu vəziyyəti qiymətləndirmiyə bilməzdi".

Xəbər xətti