"Barselona" və Hans-Diter Flik müqavilənin uzadılmasını müzakirə edirlər.
Sportal.az xəbər verir ki, "Diario Sport"un yaydığı məlumata görə, prezident Xuan Laporta, idman direktoru Deko və rəhbərlikdən bir neçə digər şəxs baş məşqçinin agenti Pini Zahavi ilə görüşüblər. Tərəflər yeni müqavilə bağlanması ilə bağlı danışıqlara başlayıblar.
Kataloniya klubu alman mütəxəssisin işindən çox razıdır və ona qarşıdakı həftələrdə yeni razılaşma ilə daha çox güvən vermək istəyir. Flik klubla qısamüddətli müqavilə (1+1) imzalamaq niyyətində olsa da, detallarla bağlı razılığa gələcəyi gözlənilir.
Bununla belə, müqavilə "Barselona" xərclər limiti məsələsini yoluna qoymadan rəsmiləşdirilə bilməz. Prioritet isə heyətin gücləndirilməsinə verilir.
saytlarin hazirlanmasi