Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “qırmızı şeytanlar”ın “Lion” üzərində 5:4 hesablı qələbəsini şərh edib.
Sportal.az “RMC Sport”a istinadən xəbər verir ki, veteran futbolçu bunları deyib: “Mən heç vaxt belə bir şey görməmişəm! Hesab 2:4 olarkən bir çox azarkeşin stadionu tərk etdiyini gördüm. Qalib gəlmək üçün möcüzədən çox şey lazım olduğunu söylədim. İndi də bunun möcüzə olduğuna inanıram. Bu, sadəcə heyrətamizdir”.
Qeyd edək ki, "Mançester Yunayted" yarımfinalda "Atletik"(İspaniya) klubu ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi