"Şamaxı" "Səbail"lə, "Araz-Naxçıvan" "Sabah"la heç-heçə etdi - YENİLƏNİB

21:26 - 3 May 2025

Misli Premyer Liqasında 33-cü turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

"Şamaxı" öz meydanında "Səbail"i, qəbul edib. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. "Araz-Naxçıvan" isə "Sabah"la üz-üzə gəlib. Burada da eyni hesab qeydə alınıb.

Misli Premyer Liqası, 33-cü tur

3 may (şənbə)

“Şamaxı” – “Səbail” 1:1
Qollar:
Alfons Msanqa, 33 - Rüfət Abdullazadə, 67 (pen)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı şəhər stadionu, 17:00

“Araz-Naxçıvan” – “Sabah” 1:1
Qollar: 
Ülvi İsgəndərov, 20 = Vinsent Till, 43
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Emin Cəfərov
“Liv Bona Dea Arena”, 19:30

Xəbər xətti