"Çelsi"nin daha bir futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

13:21 - 12 Sentyabr 2025

"Çelsi"nin hücumçusu Lian Delapın zədəsi ciddidir.

Sportal.az xəbər verir ki, noyabrın əvvəli yaşıl meydanlara qayıdacağı gözlənilən ingiltərəli futbolçunun geridönüşü ləngiyəcək. Bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.

Onun sözlərinə görə İngiltərə millisinin üzvü ən azı 3 ay komandaya kömək edə bilməyəcək.

London təmsilçisi Liam Delapı mövsümün əvvəlində "İpsviç Taun"dan transfer edib. 22 yaşlı forvard "mavilər"in heyətində çıxdığı 9 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yyadda qalıb.

Qeyd edək ki, "Çelsi" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasındakı oyun 5 noyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Premyer Liqa nəhənginin yarımmüdafiəçisi Dariu Assuqu da zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq.

Xəbər xətti