“Yuventus” qapıçı axtarışlarını davam etdirir.
Sportal.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “qoca sinyora”nın rəhbərliyi Mikele Di Qreqorionun performansından narazıdır. Hazırda Turin klubunun əsas transfer hədəfi “Tottenhem”in qapıçısı Qulyelmo Vikariodur.
İngiltərə klubu Vikario üçün 30 milyon avro tələb edir. İtaliya millisinin də qapısını qoruyan Qulyelmonun “Tottenhem”lə müqavilə 2028-ci il iyunun 30-na qədərdir. O, “Fontanafredda”, “Venetsiya”, “Udineze”, “Kalyari”, “Peruca”, “Empoli” klublarının üzvü olub.
saytlarin hazirlanmasi
