Yığma komandamız Bolqarıstana qarşı

09:57 - 31 Mart 2026

Bu gün U-21 yığma komandamız AVRO-2027-nin seçmə mərhələsində növbəti görüşünü keçirəcək.

Sportal.az xəbər verir ki, B qrupunda yer alan yığmamız Rəşad Eyyubovun rəhbərliyi altında Bolqarıstan önünə çıxacaq. 

Plovdiv şəhərində baş tutacaq oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Millimiz bundan əvvəl qrupda Portuqaliya (0:5, 0:4), Bolqarıstan (1:1), Çexiya (0:5), Şotlandiya (3:3) və Cəbəllütariq (1:0) ilə qarşılaşıb, hazırda aktivində 5 xal var.  

AVRO-2027
B qrupu, 7-ci tur
31 mart

20:00. Bolqarıstan (U-21) – Azərbaycan (U-21)
Baş hakim: Denis Şurman (Ukrayna)
Plovdiv. "Xristov Botev" stadionu

Xəbər xətti