Millimiz Gürcüstana uduzdu

17:57 - 17 Aprel 2026

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci seçmə mərhələsində üçüncü oyununa çıxıb.

Sportal.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz Xorvatiyanın paytaxtı Zaqrebdə keçirdiyi sonuncu matçında Gürcüstan yığması ilə qarşılaşıb. “Luçko” stadionunda təşkil olunan qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. U-19 millimizin heyətində qolu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub.

Xatırladaq ki, U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.

Xəbər xətti