Modriç "Milan"da qalacaq - RƏSMİ

20:41 - 23 İyul 2026

"Zirə" yarımmüdafiəçi Luka Modriçin müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xorvatiya millisinin üzvü ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Luka Modriç 2025-ci ilin yayından "Milan"da çıxış edir. 40 yaşlı futbolçu "rossoneri"nin heyətində meydana çıxdığı 37 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti