Keyn gələcəyi ilə bağlı qərarını verdi

21:30 - 23 İyul 2026

"Bavariya"nın hücumçusu Harri Keyn yaxın vaxtlarda Münhen klubu ilə müqaviləsini yeniləyə bilər.

Sportal.az xəbər verir ki, tərəflər uğurlu danışıqlar aparıb və yeni sazişin imzalanmasına yaxınlaşıblar. Bu barədə ​"GiveMeSport" məlumat yayıb.

32 yaşlı forvard komandasını dəyişməyi planlaşdırmır. İngiltərəli futbolçunun yaxın günlərdə Almaniya çempionu ilə yeni sözləşmə imzalayacağı bildirilir.

Qeyd edək ki, Harri Keyn ötən mövsüm Bundesliqanın 31 matçında 36 qol vuraraq "Bavariya"ya çempionluq titulunu qazanmağa kömək edib.

Xəbər xətti