"Milan" 4 futbolçusunu transferə çıxarır - Amorimlə ciddi dəyişikliklər

20:38 - 13 Avqust 2026

“Milan” baş məşqçi Ruben Amorimlə klub rəhbərliyi arasında keçirilən görüşdən sonra 4 futbolçunu transferə çıxarmaq qərarına gəlib.

Sportal.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, Amorim Kristofer Nkunku, Fikayo Tomori, Yussuf Fofana və David Odoqunun yeni mövsüm üçün planlarına daxil olmadığını rəhbərliyə bildirib. Bu futbolçuların mövsümöncəsi hazırlıq zamanı baş məşqçini kifayət qədər razı sala bilmədiyi qeyd olunur. Məlumatı insayder Fabritsio Romano da təsdiqləyib.

Xüsusilə Nkunkunun siyahıda olması sürpriz hesab edilir. Fransalı hücumçu cəmi bir il əvvəl “Milan”a qoşulub və mövsümöncəsi hazırlıqda komandada kifayət qədər istifadə olunurdu. Amorimin rəhbərliyi altında “Milan”da heyət üzrə ciddi dəyişikliklər gözlənilir.

Xəbər xətti