"Araz-Naxçıvan" - "İmişli" matçında sülh, "Sabah" "Kəpəz"i məğlub etdi - YENİLƏNİB

22:44 - 15 Avqust 2026

Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turunun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Günün ilk matçı Qəbələdə keçirilib. Burada "Araz-Naxçıvan" "İmişli"ni qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Son çempion "Sabah" isə doğma meydanda "Kəpəz"i sınağa çəkib. Burada paytaxt təmsilçisi qələbəyə sevinib.

Misli Premyer Liqası
I tur
15 avqust (şənbə)

“Araz-Naxçıvan” – “İmişli” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı 
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani 
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 18:30

“Sabah” – “Kəpəz” 2:0

Qol: Mikels, 72, Severina, 90+1
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov  
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Asim Xudiyev 
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”, 20:45

Xəbər xətti