"Qarabağ" hörmətə layiq komandadır"

17:47 - 14 İyul 2013

Dariuş Dudek: " Rəqib daha əvvəl "Visla"ya iki dəfə qalib gələrək, Avropa Liqasının pley-off mərhələsinə yüksəlmişdi"
 
 
“Biz Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Makedoniyanın “Metallurq” klubu ilə qarşılaşmaq istərdik. Lakin onlar “Qarabağ” qədər təcrübəli deyildilər”. Sportal.az xəbər verir ki, bu sözləri “Pyast”ın məşqçisi Dariuş Dudek deyib.
 
O, Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la oyunöncəsi fikirlərini bildirib: “Qarabağ” son illərdə çox surətlə inkişaf etməyi bacarıb. Bu komanda həqiqətən hörmətə layiqdir. Rəqib daha əvvəl “Visla”ya iki dəfə qalib gələrək, Avropa Liqasının pley-off mərhələsinə yüksəlmişdi. Orda isə “Qarabağ”ın qarşısının Dortmund “Borussia”sı kəsmişdi. Bu komandanın heyətində hətta Bundesliqada forma geyinmiş futbolçular çıxış edir. Azərbaycan klubu ilə görüşdə əlimizdən gələni əsirgəməyəcəyik. Çalışacağıq ki, onları məğlub edək. Bunun üçün çoxlu güc sərf etmək lazımdır”.
 
Qeyd edək ki, “Qarabağ” – “Pyast” arasında keçiriləcək ilk oyun iyulun 18-də baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 21:00-da başlayacaq. Oyunu isə Xorvatiyadan olan referi Damir Batiniç idarə edəcək. 

Xəbər xətti