Vüqar Əsgərov: "Tam gücümüzü meydanda qoyacağıq"
	 
	"Biz bütün diqqətimizi bu oyuna yönəltmişik. Rəqibimiz güclü komandadır. Onları məğlub etməyə çalışacağıq".
	 
	Bu sözləri Sportal.az-a açıqlamasında "Sumqayıt"ın yeni transferi Vüqar Əsgərov deyib. Hücumçu rəqibdən qormxadıqlarını bildirib:
	 
	"Rəqibdən çəkinmirik. "Xəzər Lənkəran" "Makkabi"yə 0:8 hesabı ilə uduzsa da, bizimlə oyuna inanıram ki, tam gücüylə hazırlaşır. Onların da qələbəyə ehtiyacı var. Amma biz bütün gücümüzü ortaya qoyub mövsümə qələbə ilə başlamaq istəyirik".
                      
saytlarin hazirlanmasi