"Bakıdakı stadion sanki cəhənnəm idi"

16:38 - 2 Avqust 2013

Olaf Mörd: "Qaraabğ" bu mövsüm qarşılaşdığımız ən güclü komandadır"
 
"Məğlubiyyətə baxmayaraq, komandada əhval-ruhiyyə yaxşıdır və biz səbirsizliklə cavab matçını gözləyirik. Çünki cavab qarşılaşmasında fərqli şərait olacaq. Biz süni ot örtüyündə oynayacağıq və hava Bakıdakı kimi isti olmayacaq". Sportal.az xəbər verir ki, bu sözləri "Gefle" klubunun müdafiəçisi Olaf Mörd "Qarabağ" keçirilən oyundan (0:1) sonra deyib.
 
İsveç mətbuatına danışan 24 yaşlı futbolçu dünənkiməğlubiyyətdə "Qarabağ"ın azarkeşlərinin böyük rol oynadığını bildirib: "Qarabağ"la oyun çox həyəcanlı keçdi. Bu qələbədə azarkeşlərin böyük rolu oldu. Həmin gün stadion sanki cəhənnəm idi. Bəlkə də, "Qarabağ" bu mövsüm qarşılaşdığımız ən güclü komandadır. Onlar çox yaxşı və texnikalı oyun nümayiş etdirdilər. Artıq ölkə çempionatındakı oyuna bərpa olunmalıyıq. Ardından isə "Qarabağ"la cavab matçına köklənməliyik".
 
Qeyd edək ki, "Gefle" - "Qarabağ" matçı avqutun 8-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər xətti