Rasim Ramaldanov: "Bu suala ancaq baş məşqçi cavab verə bilər"
	 
	"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun Sportal.az-a müsahibəsi
	 
	- “Xəzər Lənkəran”da ab-hava necədir?
	- Hər şey yaxşıdı. Çempionata uğurla başlamaq üçün var gücümüzlə çalışırıq. İnşallah əlimizdən gələni edəcəyik ki, qalib gələk və pis günləri yaddan çıxaraq.
	 
	- 8:0-lıq məğlubiyyətdən sonra “Xəzər Lənkəran” toparlanmağı bacarıb? İlk turda bu uğursuzluqları unutdura biləcəksiniz?
	- Artıq 8:0-ı yaddan çıxartmaq lazımdı. Qarışımza məqsəd qoymuşuq və çempionata köklənmişik.  Əgər, biz çempion olmq istəyiriksə, ilk oyundan maksimum yararlanıb qələbə qazanmalıyıq.
	 
	- Məğlubiyyətdən sonra 4 futbolçu “Xəzər Lənkəran”dan göndərildi. Bu futbolçuların yerini doldurmaq çətin olmayacaq?
	- Bu suala ancaq baş məşqçi cavab verə bilər. Mən heç nə deyə bilmərəm.
	 
	- “Sumqayıt”da da dəyişkliklər olub və xeyli güclənib. Bu çempionat bir az ağır keçəcək. Bu oyunda “Xəzər Lənkəran”dan nə gözləmək olar?
	- 10 komanda arasında deməzdim ki, hansısa komanda zəifdi. Biz də başa düşürük ki, “Sumqayıt” zəif deyil. İnşallah, sabah biz “Xəzər Lənkəran”ın adına layiq bir futbol oynayıb 3 xalı öz aktivimizə yazdıracağıq.
	 
	- “Xəzər Lənkəran” bu çempionatda nəyə nail ola biləcək? 4 dövrəli sistem bir az ağır sistemdi və bir komanda ilə 4 dəfə qarşılaşmaq sizə problem yaratmayacaq?
	- Bizim ancaq tək məqsədimiz var və bu da çempionluqdur. Mən inanıram ki, biz bunu bacaracağıq və çempionuğu Lənkəranda böyük coşquyla qeyd edəcəyik.
	 
	- 6 ildi ki, “Xəzər Lənkəran” çempion ola bilmir. Klubun 10 illiyində çempionluğu “Xəzər Lənkəran”a hədiyyə edə biləcəksiniz?
	- Biz də bunun üçün mübarizə aparırıq. Komandada hər kəs bunun bilincindədir. İstəmirik ki, hər hansısa bir uğursuzluğa düçar olaq. 
	 
	- Çempionatda ard-arda “Qarabağ” və “Neftçi” ilə ağır oyunlar oynayacaqsınız. Bu klublarla belə tez oynamağınız sizdə problem yaratmayacaq?
	- Əllbəttə yox. Biz peşəkar futbolçularıq və işimizin mahiyyətini başa düşürük. Hal-hazırda tək düşüncəmiz, “Sumqayıt”la oyunda qalib gəlməkdir. Çempionata qələbə ilə başlamaq bizim üçün motivasiya baxımından əla olacaq.
	 
	Elsəvər MƏMMƏDOV
                      
saytlarin hazirlanmasi