Tura yekun vuruldu
	 
	Bu gün Azərbaycan Premyer Liqasında 1-ci turun son oyunları keçiriləcək. Sportal.az xəbər verir ki, ilk görüş Sumqayıtda baş tutacaq. Bu şəhərin eyniadlı komandası doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edəcək.  Start fiti saat 18:30-da veriləcək oyunu Rauf Cabbarov idarə edəcək.
	 
	Günün ikinci oyununda isə "İnter" və "Qarabağ" üz-üzə gələcəklər. Elə ilk turun ən maraqlı oyuna ilə 1-ci tura yekun vurulacaq. Saat 20:00-da başlanacaq oyunu Rəhim Həsənov idarə edəcək.
	 
	4 avqust (bazar)
	 
	Premyer Liqa, I turun oyunları
	 
	18:30. “Sumqayıt” – “Xəzər Lənkəran” - 1:1 (Oyun başa çatıb)
	Qol: Əsgərov, 42, Nildo 64,
	 
	M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
	 
	20:00. “İnter” – “Qarabağ” - 1:2 (Oyun başa çatıb)
	 
	Qol:Cavadov, 8, Cumbinyo, 37, Leroy, 58,
	“Şəfa” stadionu.
                      
saytlarin hazirlanmasi