Slavik Alxasov: "Məncə, “Neftçi” yenə çempion olacaq"
	 
	"Sumqayıt"ın yarımmüdafiəçisi Slavik Alxasovun Sportal.az-a müsahibəsi
	 
	- Hamı oyundan qabaq deyirdi ki, “Xəzər Lənkəran” zəifdir. Dünən meydanda onlara qarşı oynadın. Səncə, o, “Xəzər Lənkəran” əvvəlki komandadır?
	- “Xəzər Lənkəran” əvvəlki “Xəzər Lənkəran” deyil. Onlar 2-3 il bundan  çox güclü komanda idi. 
	 
	- Dünən “Xəzər Lənkəran”la oyun necə keçdi sizin üçün?
	- Bizim üçün çox çətin oldu. Komandamızın 4 əsas üzvü zədə səbəbindən oynamırdı. Həm də çempionatda ilk oyunumuz idi. Sona kimi mübarizə apardıq, bir neçə qol vəziyyətlərindən istifadə edə bilmədik.
	 
	- Səncə, “Xəzər Lənkəran” bir xal qazandı. Yoxsa iki xal itirdi?
	- Məncə bu oyunda qalib gəlməli idik, amma bir xal dap is deyil. Esas odur ki, uduzmadıq. Birinci oyunda elə güclü rəqiblə qarşılaşdıq və sona kimi mübarizə apardıq.
	 
	- Bu oyunda “Xəzər Lənkəran” güclü idi?
	- Güclü komandadır, amma biz sona kimi vuruşduq. Bizim komandad ancaq yerli futbolçular oynayır.
	 
	- Bu heyətlə “Sumqayıt” çempionatda nəyəsə nail ola biləcək?
	- Biz çalışacağıq ki, bundan sonraki oyunlarda bundan da yaxşı oynayaq və xal qazanaq. Bizim heyətdəki futbolçular cavan ve yerli oyunçulardan təşkil olunub.
	 
	- Bu il komandanın qarşısına nə məqsəd qoyulub?
	- Milli komandaya oyunçu vermək.
	 
	- Dünən komandanın heyətində ən yaxşılardan biri idin. Bəs milli komandaya nə vaxt dəvət aıacaqsan?
	- Hələki U-21 millisinin heyətində çıxış edirəm. İnşallah, əsas milliyə də çağrılacam. Onun da vaxtı gələcək.
	 
	- Premyer Liqada hansı komandanı güclü hesab edirsən? Yəni səncə, çempionluğa ən ideal namizəd hansı komandadır?
	- Məncə, “Neftçi” yenə çempion olacaq. Onlar çox güclü komandadırlar. Buraya “Qarabağ” və “Qəbələ”ni də qeyd etmək olar.
	 
	- Növbəti tur “Qarabağ”la üz-üzə gələcəksiniz. Həmin oyunla bağlı nə deyə bilərsən?
	- Bizim üçün çox çətin olacaq. Çempionluğa namizad olan bir komanda ilə oynayacağıq. Çalışacağıq ki, komanda şəkilində gözəl oyun nümayiş etdirək.
	 
	Ayaz İBRAHİMOV
                      
saytlarin hazirlanmasi