"İdman Azərbaycan" kanalı yenə iş başında
	 
	Premyer Liqanın II turunun 4 oyunu canlı yayımlanacaq. 
	 
	Sportal.az xəbər verir ki, şənbə günü saat 19.00-da AZAL – “Bakı”, iki saat sonra “Neftçi” – “Rəvan” oyunu "İdman Azərbaycan" kanalının efirində olacaq.
	 
	Ertəsi gün daha iki matç yayımlanacaq. “İdman Azərbaycan” “Qəbələ” – “İnter” görüşünün başlama vaxtını saat 17.00-a, “Qarabağ” – “Sumqayıt” oyununu iki saat sonraya göstərib.
	 
	PFL isə birinci matçın 18.00-da, ikincinin 20.00-da start götürəcəyini açıqlayıb.
                      
saytlarin hazirlanmasi