"Qarabağ" məşq etdi, Tahir Gözəl izlədi

11:26 - 8 Avqust 2013

Komanda İsveçdə sonuncu məşqinə çıxdı
 
"Qarabağ" "Gefle"ylə oyuna hazırdır.  
 
Sportal.az klubun rəsmi saytına itinadən xəbər verir ki, Avroliqanın III mərhələsində  İsveç komandasıyla cavab görüşünə çıxacaq komanda Bakı vaxtıyla 22:00-da məşqə çıxıb. Oyunun keçiriləcəyi "Norrporten Arena"da komandanın məşqi 1 saat davam etdi. Ənənəvi olaraq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçuları çox yükləmədi. Müəyyən toplu hərəkətlərin ardından "kvadrat" oynanıldı.  Vüqar Nadirov fizioterapevt nəzarətində xüsusi olaraq çalışdı..
 
Məşqi izləyənlər arasında "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl də vardı. Gözəl məşq bitəndən sonra yaşıl meydançada komandayla görüşdü. Bütün Azərbaycanın "Qarabağ"dan qələbə gözlədiyini bildirdi. Onlara inandığını bildirdi. Sonra o, hər bir futbolçuyla görüşərək onlara uğurlar arzuladı. 

Xəbər xətti