Riçard Almeyda: "Biz meydana çıxıb öz oyunumuzu oynayacağıq"
"Hal-hazırda vəziyyətim daha yaxşıdır və gündən-günə də yaxşılaşır. Artıq qısa müddətdə tam düzəlib komandama kömək etmək istəyirəm"
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda deyib. O, saytımıza verdiyi açıqlamada pley-offda qarşılaşacaqları "Ayntraxt" matçı haqqında fikirlərini də bildirib:
"Ayntraxt" güclü rəqibdir. Biz meydana çıxıb öz oyunumuzu oynayacağıq. Rəqiblə iki dəfə qarşılaşacağıq, bu oyunlardan sonra siz hər şeyi görəcəksiniz"
saytlarin hazirlanmasi