"Qarabağ" 2013-cü ildə ilk dəfə

13:17 - 12 Avqust 2013

Ağdam təmsilçisi ilk pillədə qərarlaşıb
 
Topaz Premyer Liqasının II turundan sonra top fərqinə görə liderliyi ələ alan “Qarabağ” 2013-cü ildə ilk dəfə turnir cədvəlinin 1-ci sırasına yüksəlib.
 
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi sonuncu dəfə ötən mövsümün 16-cı turundan sonra 1-ci yerdə qərarlaşmışdı. 
 
Yalnız vurulan topların sayına görə “Qarabağ”dan geri düşən “Neftçi” isə 12 turluq hakimiyyəti ilə vidalaşıb. 
 

Xəbər xətti