"Bizə hər yer Azərbaycan olmalıdır" FOTOLAR

11:44 - 13 Avqust 2013

Tahir Gözəl: "Gəlin, gücümüzü göstərək"
 
"Qarabağ" Avroliqanın "play-off" mərhələsinə qədər sonuncu pillədə "Gefle"ni İsveçdə  2:0 məğlub edərək uğurlu seriyasını davam etdirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tarixində 3-cü dəfə "play-off" mərhələsində çıxş edəcək komanda "Ayntraxt"la qarşılaşacaq. 3 il öncə"`Borrusiya" ilə (Dortmund) qarşılaşan komanda daha bir alman klubuyla üz-üzə gələcək. Tarixində 2-ci dəfə ilk mərhələdən başlayaraq ən son həddə çatan komanda bütün Azərbaycanın ruhunu özündə daşıyır. Ölkəmizdə və kənarlarında yaşayan soydaşlarımız "Qarabağ"da birləşib. İsveçdə "Gefle"  oyundakı soydaşlarımız bunu bir daha göstərdi. Minlərlə kilometr qət edərək, Avropanın müxtəlif yerlərindən oyuna təşrif buyuran soydaşlarımız "Qarabağ"a inamını nümayiş etdirib, Skandinaviya fəthində iştirak etdilər. Oyundan öncə "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl azarkeşlərlə görüşdə bunu ifadə etmişdi:
 
"Biz bütün Azərbaycanın ruhunu bura daşımalıyıq. Buranı Azərbaycana çevirməliyik. Hiss etdirməməliyik ki, biz səfərdəyik. Bizə hər yer Azərbaycan olmalıdır. Gəlin, gücümüzü göstərək". 
 
 

Xəbər xətti