Artıq oyuna 41 min bilet satılıb
UEFA Avropa Liqasının pley-off mərhələsinin avqustun 29-da Frankfurtda baş tutacaq “Ayntraxt” – “Qarabağ” oyununa bilet satışı davam edir.
Sportal.az xəbər verir ki, artıq bu oyuna 41 min bilet satılıb.
Bu barədə Frankfurt klubunun rəsmi saytı məlumat yayıb. Almaniya klubu öncədən “Qarabağ”ın azarkeşləri üçün ayrılan 3000 bileti də satışa çıxarmağa qərar verib. Bu, komandamızı dəstəkləməyə o qədər azarkeşin getməyəcəyi müəyyənləşdikdən sonra edilib. Həmin biletlərin də tezliklə satılıb qurtarması gözlənilir.
Maraq üçün bildirək ki, əslində “Ayntraxt” – “Qarabağ” matçının keçiriləcəyi “Valdstadion” stadionu 51 500 azarkeş tutumuna malikdi. Sadəcə, onun müəyyən hissəsi qapalıdı. Bu üzdən də satışa arenanın işlək hissəsi üçün biletlər buraxılıb.
saytlarin hazirlanmasi