"Qarabağ"ın iki nümayəndəsi "Kommezbank Arena"da olacaq
“Qarabağ”ın baş məşqçisinin köməkçisi Elçin Rəhmanov və klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov sabah Almaniyaya yola düşür.
Sportal.az xəbər verir ki, səfərdə məqsəd avqustun 17-də bundesliqanın ikinci turunda baş tutacaq “Ayntraxt” – “Bavariya” oyununu izləməkdir.
Qeyd edək ki, “Ayntraxt” avqsutun 22-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda Ağdam klubu ilə qarşılaşacaq. “Qarabağ” nümayəndələrinin Frankfurta səfərində məqsəd rəqibin oyununu yaxından izləyib məlumat toplamaqdır.
saytlarin hazirlanmasi