"Ayntraxt"ın baş məşqçisi: "Açığını bilmək istəyirsinizə, mən başqa rəqiblə oynamağı istərdim" MÜSAHİBƏ

12:31 - 17 Avqust 2013

Armin Veh: "Nəzərə alaq ki, evdə, böyük anşlaq qarşısında oynayacağıq"
 
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi “Ayntraxt”ın baş məşqçisi Armin Veh bu gün Almaniya Bundesliqasının “Bavariya” ilə ev matçından öncə alman jurnalistlərinə müashibə verib.  
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- “Bavariya” ilə sabahkı oyun öncəsi özünüzü necə hiss edirsiniz?
- Açığını bilmək istəyirsinizə, mən başqa rəqiblə oynamağı istərdim. Bu oyunda biz audsayderik. Amma futbolun gözəllikləri də var. Odur ki, nəyin necə olacağını yaşayarıq, görərik.
 
- Ancaq “Bavariya” aşkar favoritdir və bunu hamı deyir...
- Əgər “Bavariya”nın iki futbolçusunun qiyməti mənim bütün komandamdan bahadırsa, əlbəttə  favorit olmalıdır.
 
-  Sebastian Yanq oynaya biləcək?
- Böyük ehtimalla hazır olmadığı üçün oynaya bilməyəcək.
 
- “Herta” məğlubiyyətini unutmusunuz?
- Əlbəttə, bu, bizimüçün yaxşı dərs oldu. “Bavariya” ilə oyunda Berlində yaşananlar təkrarlanmayacaq. Bu oyunda çox istəkli və aqressiv futbol ortaya qoyacağıq.
 
- Sambrano və Andersonun durumu necədir?
- Hər ikisi oynayacaq durumdadır.
 
- Sonda, Münxen klubu ilə oyundan nə gözləyirsiniz?
- Bütün imkanlarımızadn istifadə edəcəyik. Məncə, uğurlu nəticə üçün az da olsa şansımız var. Nəzərə alaq ki, evdə, böyük anşlaq qarşısında oynayacağıq.

Xəbər xətti