Maksim Medvedev: "Rəqib bizi çox sıxdı, top saxlaya bilmirdik"
"Ağır oyun oldu. Biz belə oyun gözləmirdik. Rəqib bizi çox sıxdı, top saxlaya bilmirdik. Həmin anda biraz problemlərimiz baş verdi. Əsas məqsəd qol buraxmamaq idi və buna nail ola bildik".
Bu sözləri "Qarabağ"ın müdafiəçii Maksim Medvedev "Xəzər Lənkəran"la oyundan sonra Sportal.az-a açıqlamasında bildirib.
Milimizin üzvü penalti epizodu haqqında fikirlərini də açıqlayıb:
"Penalti epizodunda uzaqda idim. Bilmədim orada nəyə görə penati oldu. Bu barədə başqa heç nə deyə bilmirəm".
Təcrübəli müdafiəçi Avroliqada qarşılaşacaqları "Ayntraxt" matçını da dəyərləndirib:
"Bizi çətin oyun gözləyir. Rəqib haqqında elə də çox informasiyaya malik deyiləm, çünki biz hələlik ancaq "Xəzər Lənkəran"la qarşılamanı düşünürdük. Sabahdan bu oyunun hazırlıqlarına başlayacağıq".
saytlarin hazirlanmasi