Vüqar Nadirov: "Bütün diqqətimizi "Ayntraxt"la oyuna verməliyik"
"İki həftədir oynamırdım, futbol üçün darıxmışdım. Zədəm tam sağalıb. Artıq komandama tam gücüm ilə xidmət etməyə hazıram"
Bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Vüqar Nadirov Sportal.az-a açıqlamasında bildirib. Millimizin üzvü komandasının həm "Xəzər Lənkəran"la, həm də "Ayntraxt"la oyunları haqqında fikirlərini də açıqlayıb:
"Bu oyun yaxşı oynadıq və üç xalı qazandıq. İndi bütün diqqətimizi "Ayntraxt"la oyuna verməliyik. Sabahdan etibarən rəqibi analiz etməyə başlayacağıq".
saytlarin hazirlanmasi