Bakıda 1000 "Ayntraxt" azarkeşi

02:10 - 21 Avqust 2013

"Ayntraxt" tərəfdarları Bakıdakı oyuna xüsusi diqqət ayırırlar"
 
Almaniyanın "Ayntraxt"ını Avroliqanın pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la ilk oyunda dəstəkləyəcək azarkeşlərin sayı durmadan çoxalır.
Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisinin direktoru Heribert Brukaqen “Qarabağ”la oyunda onları təxminən 1000 tərəfdarın dəstəkləyəcəyini bəyan edib:
“Bundesliqadakı uğursuzluqlara baxmayaraq, “Ayntraxt” tərəfdarları Bakıdakı oyuna böyük maraq göstərirlər. 30 min azarkeş tutumuna malik stadionda 1000 almaniyalı tərəfdarımız da olacaq”.
 
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Xəbər xətti