- Rəqib komandanın baş məşqçisi bildirib ki, “Qarabağ”ı yaxşı tanımırıq. Bu, saymamazlıqdan irəli gələ bilər?
- Məncə, bu yalnış fikirdir. “Xəzər lənkəran”la oyunda rəqibin nümayəndəsi oyunumuzu izlədi. Hətta Namiq Yusifov onun yanından keçəndə bildirib ki, bu rəqibin 7 nömrəsidir. Sadəcə “Gefle” ilə oyunumuz izləməyə bilərlər. Hər bir oyunçumuzu tanıyırlar. Bilirlər ki, hansı üslubda oynayırıq.
- Rəqibin hansı üstün cəhətlərini qeyd edərdiniz?
- Bunu hələ sabah yaxşı biləcəyik.“Ayntraxt” keçən ilkindən fərqli sitemlə oynayır. “Herta” və “Bavariya” ilə oyunda fərqli üslubda oynadılar. Ona görə də hər iki oyun üslubuna hazır olmalıyıq. Ucaboy futbolçuları var. Standart vəziyyətləri yaxşı yerinə yetirrlər. Sürətli əks-hücumlara keçirlər. 14 nömrəli oyunçuları 14 qol vurub. Digər güclü futbolçuları da var. Sol cinah müdafiəçilərinin 10 qol ötürməsi var. Onların bütün üstünlüklərini oyunçularımıza çatdırmışıq. Sabahkı məşqimizdə yenə də çatışmamazlıqlarımız üzərində işləyəcəyik.
- İctimaiyyətdə belə bir fikir var ki, Qurban müəllim Luçeskinin yolunu gedir. Onun kimi braziliyalılardan ön xəttə istifadə edir.
- Birinci dəfədir bunu eşidirəm. Bəzən braziliyalılarla işləmək daha çətin olur. Çalışırıq ki, öz oyun üslubumuzu daima yaxşılaşdıraq. Biz hər zaman axtarışdayıq. Ancaq heç kimin yolunu getmirik. Öz düşündüyüm futbolu oynatmağa çalışıram.
- Sabah əsas məqsəd qol vurmaqdır, yoxsa buraxmamaq?
- Həm vurmaq, həm də buraxmamaq. Düşünürük ki, səfərdəki oyunumuz daha ağır ola bilər. Buna görə də ilk növbədə sabahkı oyunda sərfəli nəticə qazanmalıyıq. Əsas qol buraaxmamağı və maksimum qol vurmağı düşünürük.
- Reynaldonun yoxluğunda kimə güvənəcəksiniz?
- Vüqar və ya Muarremdən istifadə edəcəyik. Vüqar neçə vaxtdır ki, oynamır. Buna görə ola bilər ki, onun sürətindən ikinci hissədə istifadə edək.
- Üçüncü dəfə qrupa düşə bilməsəniz, bunu fiaskonuz hesab edərsiniz?
- Potensialımdan yuxarı nəticə əldə edə bilmərəm. Ancaq futbol elə bir oyundur ki, hər dəfə daha yaxşı nəticəyə əl atdıqda daha da böyük uğurlar əldə etmək olar. Biz rəqibi keçmək üçün əlimizdən gələni edəcəyik. Buna nail olmasaq, narazıçılıqları qəbul edəcyik. Sevginizi və tələbinizi başa düşürük və buna hörmətlə yanaşırıq. Sizləri sevindirmək üçün əlimizdən gələni edəcəyik.
saytlarin hazirlanmasi