Braziliyalı futbolçu fərdi şəkildə məşq etdi
Zədə səbəbindən Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Ayntraxt”a qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcək “Qarabağ”ın aparıcı oyunçusu Reynaldo fərdi planda məşq edir.
Sportal.az xəbər verir ki, o bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən son məşqdə iştirak edib. Amma o fərdi planda hazırlaşıb. Və stadionda ancaq sürətli şəkildə yeriyərək, dövrə vurub. Bu proses təqribən 30-40 dəqiqə davam edib.Bu müddətdə Reynaldo topa 1 dəfə də olsun toxunmayıb.
saytlarin hazirlanmasi