"Qarabağ"ın heyətində debüt edən futbolçular

16:03 - 27 Avqust 2013

Qurban Qurbanovun "Qarabağ" karyerasında ən uğurlu startı
 
"Qarabağ" Premyer Liqanın IV turunda "Qəbələ"ylə qarşılaşıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqaya ardıcıl 3 qələbəylə başlayan "Qarabağ" şimala fərqli heyətlə yollanmışdı. Belə ki, komandanın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının "play-off" mərhələsində "Ayntraxt"la qarşılaşmada meydana çıxan Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Maksim Medvedev, Riçard Almeyda, Jumbinyo, Corc Leroy, Nikolas Gelaşvili eyni zamanda zədəli Reynaldonu Qəbələyə aparmamışdı. 
Belə də, "qırmızı-qara"larla görüşdə Təmkin Xəlilzadə ilk dəfə "Qarabağ"ın heyətində start həyəcanı yaşadı. Ötən mövsüm "Qəbələ"ylə oyunda startda meydana çıxan  Eltun Yaqublu yenidən ilk "11"likdəydi. Vüqar Nadirov zədəsini sağaltdıqdan sonra start heyətində yer almış, "Ayntraxt"la oyunda meydana çıxanlardan Qara Qarayev və Muarem Muarem bu dəfə də ilk "11"likdə idi. Üstəlik, "Qarabağ" 18 nəfərlik siyahını doldura bilməmişdi. Əvəzində əvəzedici heyətdən Ülvi Rəfizadə, Nurlan Əhmədovun adını matç ərizəsinə salınmışdı. Görüşün sonuncu dəqiqəsində Qurban Qurbanov Ülviyə də "Qarabağ"ın heyətində debüt etmək şansı yaratdı. 
 
Beəliklə, 9 yerli futbolçudan ibarət komanda bu qələbəylə "Qarabağ" Premyer Liqada ardıcıl 4-cü qələbəsini rəsmiləşdirdi. Qapıçı Fərhad Vəliyevi saymasaq, meydanda olan orta yaş həddi 22,4 olan komanda ürəyini meydana qoyaraq "Qarabağ" formasının fərqini göstərdilər. Bununla da vahid liderliyə yüksələn komanda Qurban Qurbanovun "Qarabağ" karyerasında ən uğurlu startını reallaşdırdı.  

Xəbər xətti