"Qarabağ"a şad xəbər
Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyununa hazırlaşan Almaniyanın "Ayntraxt" klubu ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisinin aparıcı futbolçusu Srcan Lakiç sıradan çıxıb.Buna səbəb onun son məşqlərin birində zədələnməsidi. Bu üzdən də forvardın "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib.
Lakiçlə yanaşı yaponiyalı yarımmüdafiəçi Takaşi İnuinin də Ağdam klubuna qarşı formaya geyməmək ehtimalı var. O da son məşqlərin birində zədələnib.
saytlarin hazirlanmasi