Qurbanov "Qarabağ"ın Avroliqada "Fənərbaxça"nı əvəzləməsinə münasibət bildirib
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın "Ayntraxt" klubuna qarşı cavab oyunu öncəsi fikirlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, o, avrokuboklardan uzaqlaşdırılan Türkiyənin "Fənərbaxça" klubunu əvəzində qrup mərhələsində oynamaq şanslarını da dəyərləndirib:
“Biz bu haqda heç düşünmürük də. Əgər bizim öz oyunumuz, şansımız varsa, ondan yararlanmağa çalışmalıyıq. Bu cür ehtimallara inansaq, onda bu, bizim oyunumuza təsirsiz ötüşməyəcək. Gəlin, belə söhbətlərdən uzaq olaq. Bütün diqqətimiz Frankfurtdakı oyuna yönəlib”.