Qurban Qurbanov Almaniyaya 19 futbolçu apardı

11:07 - 29 Avqust 2013

"Qarabağ" Franfurtd aməşqə çıxdı
 
"Qarabağ" Avropa Liqasının "play-off" mərhələsində "Ayntraxt"la qarşılaşacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın Almaniyaya səfərində problemlər yaranmışdı. Dünən 13:00-a icazə verilsə də, komanda sadəcə 15:00-da Bakıdan ayrıla bildi. Təxminən, 4:50 dəqiqəlik uçuşdan sonra komanda Franfurta çatdı. Komanda Franfurtda "Kempinski" otelində məskunlaşdı. Bir saatlıq fasilədən sonra isə komanda məşqə yollandı. Belə də komanda yerli vaxtla 20-00-da məşqə çıxdı. Komandanın çalışması 1 saat davam etdi. "Qarabağ" baş məşqçisi Qurban Qurbanov Almaniyaya 19 futbolçu aparıb. Bütün futbolçuların iştirak etdiyi məşq ənənəvi xarakterdə keçdi, futbolçular çox yüklənmədi.
 
Qeyd edək ki, "Ayntraxt"  - "Qarabağ" görüşü sabah 20:30-da (Bakı vaxtıyla 23-30-da) start götürəcək.  

Xəbər xətti