"Qarabağ" 30 klub arasından birinci olacaqmı?

11:24 - 30 Avqust 2013

Püşkatma 12:00-da start götürəcək
 
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasından uzaqlaşdırılan Türkiyənin “Fənərbaxça” klubunun əvəzində bu turnirdə hansı klubun iştirak edəcəyini püşk yolu ilə müəyyənləşdirəcək.
 
Sportal.az xəbər verir ki, artıq bu püşkatmada hansı klubların iştirak edəcəyi bəllidi. Bunlardan biri də təmsilçimiz "Qarabağ" klubudur. Ağdam təmsilçisi dünən Avropa Liqasını "play-off" mərhələsində "Ayntraxt"a məğlub olaraq mübarizəni dayndırıb. Amma “Qarabağ”la yanaşı bu xoşbəxtliyə daha 29 klub iddialıdı. Həmin klublar bunlardı:
 
Molde (Norveç), Spartak (Moskva, Rusiya), Astra (Rumıniya), Dila Gori (Gürcüstan), Aktobe (Qazaxıstan), Nordsjælland (Danimarka), Stuttgart (Almaniya), Kukesi (Albaniya), APOEL (Kipr), Saint-Etienne (Fransa), Atromitos (Yunanıstan), Vojvodina (Serbiya), Udinese (İtaliya), Tromse (Norveç), Petrolul (Rumıniya), Partizan (Serbiya), Nice (Fransa), Hafnarfjordur (İslandiya), Skenderbeu (Albaniya), Nomme Kalju (Estoniya), Pasching (Avstriya), Minsk (Belarus), Zalgiris (Litva), Slask (Polşa), Feyenoord (Hollandiya), Grasshopper (İsveçrə), Dinamo (Tiflis, Gürcüstan), Jablonec (Çexiya), Braga (Portuqaliya).
 
Qeyd edək ki, püşkatma mərasımı saat 12:00-da start götürəcək.

Xəbər xətti