"Bu gün oyunu fərqli futbolçularən üzərindən qurduq"
Dünən "Qarabağ" qonaq etdiyi AZAL-a 1:0 hesabı ilə məğlub olub.
Sportal.az xəbər erir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov dünən oyun haqqında fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarına cavablandırıb:
- Gelaşvili bu gün yenə meydanda idi və qol vura bilmədi. Bu inadın səbəbi nədir?
- Artıq beşinci dəfədir bu sual verilir. Mən bir şey bilirəm ki, onu meydana buraxıram. O, çempionatda iki qola imza atıb amma elə hücumçular var ki, hələ də qol vura bilməyib. Siz belə yazdıqda bu, oyunçunun psixolojo durumuna da təsir edir. Siz onu məndən yaxşı tannıya bilməzsiniz. Hər bir futbolçunun uyğunla.ma müddəti müxtəlif olur.
- Bugün Admir Teli zədəli idi yoxsa Bədaviyə siz şans vermişdiniz?
- Yox, Teli zədəli deyildi, Bədavi seçimini mən etmişdim
- Artıq hesab etmirsiniz ki, bu oyun üslubunu dəyişmək lazımdır?
- Yox, hesab etmirəm. Çünki başqa bir üslubda oynamaq elə də asan deyil. Başqa sxemlə oynasaq, heç kim əminlik verə bilməz ki, yaxşı nəticə verəcəyik.
- Bu oyun sxemində dəyişiklik etmək fikriniz var?
- Bəli, artıq etmişik. Əgər fikir verdinizsə, son iki oyundur oyunu Rəşadın üzərindən yox, Almeyda və Qaranın üstündən qururuq. Bu da pis nəticə göstərmir.
saytlarin hazirlanmasi