"Qarabağ" sentyabrın 5-də yığışacaq
"Qarabağ"da istirahət davam edir. Komandanın baş məqçisi Qurban Qurbanov milli oyunlar səbəbindən yaranmış fasiləylə ələqədar olaraq futbolçulara AZAL-la oyundan sonra 3 günlük icazə vermişdi.
Sportal.az xəbər verir ki, Ağdam klubu sentyabrın 5-də yığışacaq. Milli komandalara dəvət alan oyunçular sonradan komandaya qoşulacaqlar. "Rəvan"la oyunun hazırlıqları Suraxanı qəsəbə stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi